Nurkhodzha  Akbulaev  Nazirhodza

Nurkhodzha Akbulaev Nazirhodza

"İqtisadiyyat və işlətmə" kafedrasının müdiri, Türk Dünyası İqtisadi Araşdırmalar mərkəzinin rəhbəri

Avesis link
Bakı, Həsən Əliyev küçəsi, 135 (IV Tədris binası)
+(994) 12 440-89-37

14 oktyabr 1978-ci ildə anadan olub.
2000-ci ildə Qırğızıstan Respublikasının Cəlalabad Kommersiya İnstitutunda “İdarəetmə” ixtisası üzrə bakalavr təhsilini başa vurmuşdur.
2003-cü ildə Türkiyə Respublikasının Sakarya Universitetində “Mühasibat uçotu və maliyyə” ixtisası üzrə magistratura təhsilini, 2012-ci ildə isə eyni ixtisas üzrə doktorantura təhsilini tamamlamışdır.

27.01.2023-cü ildə UNEC-in “İqtisadiyyat və işlətmə” kafedrasının müdiri (ictimai əsaslarla) vəzifəsinə təyin olunub.
UNEC rektorunun 01.08.2024 tarixli 703/3/2024 №-li  əmrinə əsasən Türk Dünyası İqtisadi Araşdırmalar mərkəzinə ictimai əsaslarla rəhbər təyin edilmişdir.

Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İktisat Fakültəsi, İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi -2008.                                          Türkiyə Respublikası Sakarya Universiteti köməkçi müəllim -2006-2008.
Cəlalabad iqtisad və sahibkarlıq universiteti Müəllim -2003-2006.
Cəlalabad Kurort mühasibat köməkçisi -1999.
Hazırda "İqtisadiyyat və işlətmə" kafedrasının (ictimai əsaslarla) müdiri vəzifəsində işləyir.

Tədris Edilən Dərslər      

1.   Maliyet mühasibati
2.   Beynəlxalq sərmayə bazarları
3.   Müəssisə Büdcəsi
4.   Maliyyə menecmenti
5.   Biznesdə risklərin idarə edilməsi
6.   Qiymətli kağızların investisiya təhlili
7.   Biznes Maliyyəsi
8.   Turizm investisiyaları və layihə təhlili
9.   Beynəlxalq sərmayələr

ELMİ ƏSƏRLƏR
Magistr  Dissertasiyaları
"Qırğızıstan’da Turizm Sektorunun İnkişafı və maliyyə baxımdan qiymətləndirilməsi". Elmi rəhbər: Yard.Dos.Dr. Erhan BIRGILI

Doktorluq Dissertasiyaları
"Yoxsulluqla mübarizədə Finansist Strategiyası Olaraq Mikrofinans: Bir Model Təklifi". Elmi rəhbər: Prof.Dr. Erhan BIRGILI