Nüsrət Qurbanov  Heydər

Nüsrət Qurbanov Heydər

"İqtisadi və texnoloji elmlər"kafedrasının dosenti

Avesis link
Bakı, A.Səhhət, 45 (IV Tədris binası)
+(994) 12 541-56-93; 440-79-85

1950-ci ildə Qərbi Azərbaycanda Mehri rayonunun Nüvədi kəndində anadan olmuşdur.
1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə (qırmızı) diplomu ilə bitirmişdir.
1974-1978-ci illərdə Moskvada əyani aspiranturada oxumuşdur.
1979-cu ildə G.V.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunun Qida texnologiyası fakültəsində “İaşə məhsullarının texnologiyası” ixtisası üzrə bitki xammalında pektin maddələrinin tədqiqinə həsr olunmuş namizədlik dissertasiyası müdafiə etmişdir. 

2000-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Qida məhsulları texnologiyası” kafedrasının müdiri olmuşdur.
2003-cü ildə Berlin Texniki Universitetinin Qida məhsullarının texnologiyası və qida kimyası institutunda beynəlxalq DAAD təşkilatının qrantı ilə tədqiqatlar aparmış, nar cecəsində pektin maddələrinin tədqiqi, səhləbdən (orxideya) alınan salepin tədqiqi və nar yağının alınması və s. üzrə elmi tədqiqatlar aparmışdır.
2002-ci ildən doktorluq dissertasiyası üzərində çalışmış, bitki xammalından funksional komponentlər və məhsulların alınması texnologiyalarını işləyib hazırlamışdır.
N.H.Qurbanovun son illər apardığı elmi tədqiqatlar perspektiv bitki xammalından zülal və pektin preparatlarının alınması, yerli at paxlası (Faba Vulgaris Moench) dənindən bioaktivləşdirmə (cücərdilmə) üsulu ilə funksional xassəli kompozisiyalar alınması və onların müasir qida texnologiyalarında tətbiqi ilə əlaqədardır.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadi və trxnoloji elmlər” kafedrasının dosentidir.

2016-cı ildə “Tərəqqi” dövlət medalı, 2017-ci ildə respublikanın qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif edilmişdir.

2006-cı ildə beynəlxalq İSESKO təşkilatının elmi müsabiqəsinin iştirakçısı olmuşdur.
2 övladı vardır.