Oruc Məmmədov  Cəmil

Oruc Məmmədov Cəmil

“Biznesin idarə edilməsi” kafedrasının dosenti

Avesis link
Bakı şəhəri, İstiqlaliyyət 6 (I Tədris binası)
+(994) 12 492-72-11;  +(994) 12 492-59-03 (11-58)
oruc.mammadov@unec.edu.az
1971-ci il noyabrın 15-də Cəbrayıl rayonunda anadan olub.
1989-1994 - Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tarix əlavə hüquq fakültəsi, əyani şöbə, azərbaycan bölməsi, Tarix, ictimaiyyət və hüquq müəllimi ixtisası;
2002-2007 - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası:
«12.00.05 – əmək hüququ; sosial təminat hüququ» ixtisası üzrə dissertant;
2011-2016 - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası:
Hüquq elmləri doktoru proqramı: 56-hüquq elmləri sahəsi: 5607.01-Konstitusiya hüququ; bələdiyyə hüququ; 5609.01-Əmək hüququ; sosial təminat hüququ ixtisasları üzrə dissertantlıq yolu ilə doktorant.
01.08.1994 – 02.08.2000 - Cəbrayıl rayon məhkəməsində tərcüməçi;
01.12.1994 – 01.07.1996 - Kürdəmir rayonu Carlı kənd tam orta məktəbində müəllim;
01.07.1996 – 02.06.1997 - Azərbaycan Elitar Universitetində rektor köməkçisi, Tədris hissə müdiri, həmçinin "Hüquq elmləri" kafedrasında saathesabı yolla müəllim;
02.06.1997 – 30.08.1997 - Dağıstan Dövlət Universitetinin Bakı Humanitar Tədris Mərkəzində  Təsərrüfat hissəsinin müdiri;
01.09.1997 – 15.08.2000 - "Naxçıvan" Universitetində tədris hissəsinin baş inspektoru, İctimai-siyasi və hüquq elmləri kafedrasının müəllimi, baş müəllimi (əvəz.), tədris hissəsinin müdiri;

28.08.2000 – 07.07.2009 - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası: Tədris-metodiki şöbənin baş mütəxəssisi, İnzibati idarəetmə fakültəsinin dekan müavini, Dövlət idarəçiliyinin hüquqi təminatı kafedrasının müəllimi (əvəz.);
07.07.2009 – 28.10.2009 - Azərbaycan Müəllimlər İnstitutunda Tədris-metodik mərkəzin müdiri;
15.09.2009 – 10.07.2014 - Azərbaycan Turizm İnstitutu: İctimai fənnlər kafedrasının baş müəllimi (əvəz.), Beynəxalq münasibətlər kafedrasının dosenti (əvəz.);
15.09.2014 – 10.07.2016 - Azərbaycan Turizm və Memecment Universiteti: Beynəxalq münasibətlər kafedrasının dosenti (əvəz.);
19.04.2010 – 29.08.2016 - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tədris-metodiki şöbəsində mütəxəssis (19.04.2010–15.09.2011); Dövlət idarəçiliyinin hüquqi təminatı kafedrasının müdiri (15.02.2012 - 04.02.2016). Dövlət idarəçiliyinin hüquqi təminatı kafedrası üzrə (15.09.2010 - 04.02.2016) əvəzçilik üzrə baş müəllim, dosent. Hüquq kafedrasında (04.02.2016 - 29.08.2016) dosent, (15.09.2016-15.07.2016) əvəzçilik üzrə dosent;
30.08.2016 – 10.07.2024 - Azərbaycan Dövlət İqtisad Universiteti: Tədris-metodiki mərkəzin direktor müavini (30.08.2016-28.06.2018), Menecment kafedrasının dosenti (saathesabı), İqtisadiyyat və biznesin idarəedilməsi kafedrasının dosenti (0,5 əvəz.), Biznesin idarə edilməsi kafedrasının dosenti (əvəz.);
31.08.2016 – 31.05.2024 - Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində əvəzçilik üzrə tədris işləri üzrə direktor müavini (31.08.2016-28.06.2018); direktor vəzifəsini müvəqqəti icra edən (03.04.2017-28.06.2018); direktor (28.06.2018-31.05.2024);
15.09.2024 – davam edir - Azərbaycan Turizm və Memecment Universiteti: Beynəxalq münasibətlər kafedrasının dosenti (əvəz.);
15.09.2024 – davam edir – Bakı Dövlət Universiteti: Əmək və ekologiya hüququ kafedrasının dosenti;
15.09.2024 – davam edir - Azərbaycan Dövlət İqtisad Universiteti: Biznesin idarə edilməsi kafedrasının dosenti.
Azərbaycan Dövlət İqtisad Universiteti MBA Mərkəzi – h.ü.f.d, müəllim
“Qızıl Qələm” media mükafatı laureatı diplomu ilə təltif edilib (2009).
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının dövlətçilik siyasətini uğurla həyata keçirdiyinə görə “Parlamentin səsi” İctimai-siyasi, hüquq qəzeti tərəfindən “İlin vətənpərvər oğlu” Müstəqil Milli Mükafatı ilə təltif edilib (2012).
Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Bayrağı” Fəxri Mükafatı ilə təltif edilib (2013).
“Azərbaycan Respubikası qabaqçıl təhsil işçisi” döş nişanı ilə təltif edilib (2014).
Beynəlxalq və Respublika statuslu çoxsaylı konfranslarda iştirak və məruzələrlə çıxış edib.
Bolonya Bəyyənaməsinə müvafiq olaraq kredit sisteminin tətbiqi ilə əlaqədar AR Təhsil Nazirliyinin monitorinq qrupunun (2005-2010) üzvü olub. Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərmiş hüquq elmləri üzrə Dissertasiya Şurasının Elmi Seminarının (2011-2014) üzvü olub. Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərmiş hüquq elmləri üzrə Dissertasiya Şurasının Elmi Seminarının (2013-2014) üzvü olub. Azər­baycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnsti­tu­tunun nəzdində hüquq elmləri üzrə fəaliyyət göstərmiş Dissertasiya Şurasının (2015-2016) üzvü olub. 2015-ci ildən AR Prezidenti yanında Bilik Fondunun Koordinasiya Şurasının  üzvüdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqının fərdi üzvüdür.
Ailəlidir, iki övladı var.