Rafiq Sadıqov Mikayıl
"Beynəlxalq iqtisadiyyat və biznes" kafedrasının dosenti
+(994) 12 492-60-91
+(994) 12 492-59-03 (11-54)
25.11.1975-ci ildə Gədəbəy rayonunda anadan olub.
1993-1997-ci ilərdə Azərbaycan Texniki Universitetinin “Avtomatika və Hesablama Texnikası” fakültəsində bakalavr, 1997-1999-cu illərdə isə həmin fakültədə magistratura təhsili almışdır.
1999-cu ildə “Avtomatika və Hesablama Texnikası” fakültəsinin “Sənaye elektronikası” ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.
2001-2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası, Fizika İnstitutunun aspiranturasında təhsil almışdır.
2003-2004-cü illərdə DAAD (Alman Akademik Mübadilə Xidməti) təqaüdçüsü olmuş və Almaniya Federativ Respublikası, Bremen Universitetində elmi-tədqiqat təcrübəsi keçmişdir.
2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının, Fizika institutunda “01.04.04-fiziki elektronika” ixtisası üzrə namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
2009-2014-cü illdən Azərbaycan Texniki Universitetində baş müəllim, 2014-cü ildən isə Azərbaycan Texniki Universitetinin dosentidir.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadiyyat və biznes" kafedrasının dosentidir.