Rahim   Mürsəlov

Rahim Mürsəlov

Avesis link

****

15 yanvar 1977-ci ildə İmişli şəhərində anadan olmuşdur.
1994-1998-ci illərdə AR Prezidenti Yanında İdarəçilik Akademiyasının bakalavr pilləsini bitirmişdir.
1998-2000-ci illərdə  AR Prezidenti Yanında İdarəçilik Akademiyasının magistratura pilləsini bitirmişdir.

2007-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Menecment və sahibkarlıq” kafedrasının Menecment ixtisası üzrə dissertantıdır.
2002-ci ildən İqtisad Universitetinin “İqtisadi hüquq” kafedrasının müəllimi vəzifəsində çalışıb. “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimi olub.
“İqtisadiyyat” kafedrasının 0.5 ştat baş müəllimidir.
UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavinidir.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI
6 elmi-metodiki işin müəllifidir.

2018 - "İnter Arena" stadionunda keçirilmiş Məzun Gününün təşkilində fəal iştirakına görə  Fəxri Fərman
2020 - AR Təhsil Nazirinin 25 noyabr 2020-ci il Əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə
2022 - "UNEC Günü" ilə əlaqədar universitet fəal iştirakına görə Təşəkkürnamə
2022 - "Teknofest Azerbaycan" festivalında iştirak edən "UNEC İqtisadiyyat 3" komandasına mentorluq etdiyi üçün Təşəkkürnamə
2024 - "UNEC Günü" ilə əlaqədar universitet fəal iştirakına görə Təşəkkürnamə
2025 - UNEC rektorunun əmri ilə UNEC-in 95 illiyi ilə bağlı Fəxri Fərman

Ailəlidir, iki övladı var.