Reşad  Əbilzadə Allahverən

Reşad Əbilzadə Allahverən

"İctimai idarəetmə və sosial innovasiyalar" kafedrasının müəllimi

Avesis link
Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi, 135 (UNEC II tədris binası)
rashad.abilzadeh@unec.edu.az
492-59-03 (12 18)
Əbilzadə Reşad Allahverən oğlu 29 may 1995-ci ildə Astara rayonunun Ərçivan kəndində anadan olmuşdur.
2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr pilləsini fərqlənmə ilə bitirmişdir.
2020-ci ildə Türkiyə Respublikasının Konya şəhərində yerləşən Səlcuq Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirmişdir.
2021-ci ildə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Ankara Hacı Bayram Vəli Universitetinin Ali Təhsil İnstitutunun Dövlət idarəçiliyi ixtisası üzrə doktorantura pilləsinə qəbul olmuşdur. Hal-hazırda Ankara Hacı Bayram Vəli Universitetinin doktorantıdır.
2023-2025-ci illər ərzində Bakı Avrasiya Universitetinin Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müəllimi vəzifəsində çalışıb.
2024-cü ildə Qərbi Kaspi Universitetinin Marketinq və idarəetmə kafedrasının müəllimi vəzifəsində çalışıb.
2025-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "İctimai idarəetmə və sosial innovasiyalar" kafedrasının müəllimi vəzifəsində çalışır.
2020
*   Abilzade, Reshad. (2020). İklim Göçleri. 3. Uluslararası Sosyal ve Ekonomik Araştırmalar Öğrenci Kongresi, Konya, Türkiye. s. 798-809.
*   Abilzade, Reshad. (2020). Neo-liberalizmle Dönüşen Kentler ve Yerel Yönetimlere Etkisi: İzmir ve Bakü Örnekleri. Yüksek Lisans Tezi. Selçuk Üniversitesi Sosyal Bilimler Enstitüsü, Konya.
*   Abilzade, Reshad ve Babaoğlu, Cenay. (2020). Neo-liberalizmin Kentlere Yönelik Etkileri. İç: Yerel Yönetimlerde Yenilikçi Yaklaşımlar (Editörler: Levent Memiş, Oğuzhan Erdoğan, Cenay Babaoğlu). (1. Baskı). Ankara: Orion Yayınları. s. 285-301.

2021
*  Əbilzadə, Reşad. (2021). Dördüncü Sənaye İnqilabı: Şəhər Səviyyəsində Perspektivləri və Problemləri. III İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı, Gəncə, Azərbaycan. s. 2183-2195.
*   Abilzade, Reshad. (2021). Neo-Liberal Kentleşmenin Kent İdaresine Etkisi: İzmir ve Bakü Örnekleri. Kamu Yönetimi ve Politikaları Dergisi. Cilt: 2, Sayı: 2. s. 171-212. https://dergipark.org.tr/en/download/article-file/1499665

2022
*   Abilzade, Reshad. (2022). Kent içi Ulaşım Hizmetleri: Bakü Örneği. Kartepe Summit 2022: Resilient Cities and Transformation of the City. Kocaeli, Türkiye. 2023.  Azerbaycan’ın Kamu Yönetimi Sistemi - 1,2,3: [Elektron resurs] / Dijital Enderun. 26 mart 2023.
URL: https://dijitalenderun.com/azerbaycanin-kamu-yonetimi-sistemi-1/
https://dijitalenderun.com/azerbaycanin-kamu-yonetimi-sistemi-2/
https://dijitalenderun.com/azerbaycanin-kamu-yonetimi-sistemi-3/  

2024
Əbilzadə, Reşad. (2024). Azərbaycanda Ağıllı Kənd Konsepsiyası. Karabağ IV Uluslararası Bilimsel Araştırmalar Kongresi. Bakı, Azərbaycan.
https://www.karabaghconference.com/_files/ugd/2f4f87_0c5a12727484451aa6d30e3be0bbeb7c.pdf?index=true
Əbilzadə, Reşad. (2024). Türk Dünyasında E-Devletin Gelişme Düzeyi Üzerine Bir Araştırma. XI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu. Bakı, Azərbaycan.
Abilzade, Reshad ve Yücel Batmaz, Nazlı. (2024). Kırsal Kalkınma/Akıllı Köy Kavramları Perspektifinde Azerbaycan. Ekonomi İşletme Siyaset ve Uluslararası İlişkiler Dergisi. Cilt: 10, Sayı: 2, s. 249-274. https://dergipark.org.tr/tr/pub/kkujebpir/issue/88917/1517270
2019-cu ildə Avrasya İncelemeleri Merkezi (AVİM) və Azərbaycan Respublikasının Ankara Səfirliyinin birlikdə həyata keçirdiyi “31 mart soyqırımı” adlı məqalə müsabiqəsində həvəsləndirici mükafata layiq görülüb.
  • 2023-2025-ci illər üzrə Türk Dünyası Belediyeler Birliğinin (TDBB) Lisansüstü Tezleri Destekleme Programı təqaüd proqramının qalibi olub.
  • 2022-ci ildə Erasmus+ təqaüd proqramı çərçivəsində Fransanın Strazburq şəhərində European Muslim Union (EMU) Qeyri hökumət təşkilatında təcrübə keçib.
  • 2022-ci ildə Ankara Hacı Bayram Vəli Universitetinin elan etdiyi Erasmus+ təqaüd proqramının qalibi olub.
  • 2021-ci ildə “Azərbaycan Respublikası vətəndaşlarının xaricdə Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Türkiyədə Doktorantura təhsili” təqaüd proqramının qalibi olub.
  • 2021-ci ildə Türkiyə Cümhuriyyətinin təqdim etdiyi “Türkiye bursları” təqaüd proqramının qalibi  olub.
  • 2020-ci ildə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi və Azərbaycan “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsi tərəfindən təşkil olunan “Yeni Dövlət İdarəçiliyi” mövzusunda onlayn “dəyirmi masa”da iştirak edib.
  • 2017-ci ildə Türkiyə Cümhuriyyətinin təqdim etdiyi “Türkiye bursları” təqaüd proqramının qalibi olub.
  • 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Vətənpərvərlik klubu tərəfindən təşkil olunan “31 mart soyqırımı” ilə bağlı təqdimat müsabiqəsində 2-ci yerə layiq görülüb.
  • 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təşkil olunmuş “Azərbaycan-Ermənistan münaqişəsi: Mən bu haqda nə bilirəm?” adlı məqalə müsabiqəsində qalib olub.