Reşad  Əbilzadə Allahverən

Reşad Əbilzadə Allahverən

İctimai idarəetmə və sosial innovasiyalar kafedrasının müəllimi

Avesis link
Bakı şəhəri, Həsən Əliyev küçəsi, 135 ( II Tədris binası)
rashad.abilzadeh@unec.edu.az
492-59-03 (12 18)
29 may 1995-ci ildə Astara rayonunun Ərçivan kəndində anadan olmuşdur.
2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr pilləsini fərqlənmə ilə bitirmişdir.
2020-ci ildə Türkiyə Respublikasının Konya şəhərində yerləşən Səlcuq Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirmişdir.
2021-ci ildə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Ankara Hacı Bayram Vəli Universitetinin Ali Təhsil İnstitutunun Dövlət idarəçiliyi ixtisası üzrə doktorantura pilləsinə qəbul olmuşdur.
Hal-hazırda Ankara Hacı Bayram Vəli Universitetinin doktorantıdır.
2023-2025-ci illər ərzində Bakı Avrasiya Universitetinin Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müəllimi vəzifəsində çalışıb.
2024-cü ildə Qərbi Kaspi Universitetinin Marketinq və idarəetmə kafedrasının müəllimi vəzifəsində çalışıb.
2025-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "İctimai idarəetmə və sosial innovasiyalar" kafedrasının müəllimi vəzifəsində çalışır.
  • 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Vətənpərvərlik klubu tərəfindən təşkil olunan “31 mart soyqırımı” ilə bağlı təqdimat müsabiqəsində 2-ci yerə layiq görülüb.
  • 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təşkil olunmuş “Azərbaycan-Ermənistan münaqişəsi: Mən bu haqda nə bilirəm?” adlı məqalə müsabiqəsində qalib olub.
  • 2019-cu ildə Avrasya İncelemeleri Merkezi (AVİM) və Azərbaycan Respublikasının Ankara Səfirliyinin birlikdə həyata keçirdiyi “31 mart soyqırımı” adlı məqalə müsabiqəsində həvəsləndirici mükafata layiq görülüb.
  • 2017-ci ildə Türkiyə Cümhuriyyətinin təqdim etdiyi “Türkiye bursları” təqaüd proqramının qalibi olub.
  • 2023-2025-ci illər üzrə Türk Dünyası Belediyeler Birliğinin (TDBB) Lisansüstü Tezleri Destekleme Programı təqaüd proqramının qalibi olub.
  • 2022-ci ildə Ankara Hacı Bayram Vəli Universitetinin elan etdiyi Erasmus+ təqaüd proqramının qalibi olub.
  • 2021-ci ildə “Azərbaycan Respublikası vətəndaşlarının xaricdə Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Türkiyədə Doktorantura təhsili” təqaüd proqramının qalibi olub.
  • 2021-ci ildə Türkiyə Cümhuriyyətinin təqdim etdiyi “Türkiye bursları” təqaüd proqramının qalibi  olub.
2022-ci ildə Erasmus+ təqaüd proqramı çərçivəsində Fransanın Strazburq şəhərində European Muslim Union (EMU) Qeyri hökumət təşkilatında təcrübə keçib.
2020-ci ildə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi və Azərbaycan “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsi tərəfindən təşkil olunan “Yeni Dövlət İdarəçiliyi” mövzusunda onlayn “dəyirmi masa”da iştirak edib.