Riyad  Rüstəmli Arif

Riyad Rüstəmli Arif

"Biznesin idarə edilməsi" kafedrasının müəllimi

Avesis link
Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6 (I Tədris binası)
+(994) 12 492-72-11;  +(994) 12 492-59-03 (11-58) 
Riyad.rustamli@unec.edu.az
2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin “Sosiologiya” ixtisası üzrə rus bölməsində təhsil alıb (fərqlənmə diplomu ilə). 
2014-2016-cı illərdə BDU-nun “Sosial iş” ixtisası üzrə magistratura pilləsində rus bölməsi üzrə təhsil alıb (fərqlənmə diplomu ilə). 
2017-ci ildə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının
doktoranturasına qəbul olunub və 2021-ci ildə dissertasiya işini uğurla müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 
2025-ci ildə Middlesex Universitetinin Dubay filialında “Təhsilin təşkili və idarə olunması” mövzusunda müəllimlik kursunu uğurla bitirib. 
2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı hərbi hissəsində həqiqi hərbi xidmət keçib və xidmət dövründə döyüş, ictimai-siyasi hazırlıq və nizam-intizamda yüksək nailiyyətlər əldə etdiyinə görə yuxarı komandanlıq tərəfindən “Fəxri Fərman”la təltif  edilib  və dəfələrlə təşəkkürə layiq görülüb.
2009-2014-cü illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Tələbə Gənclər Təşklatının sədri vəzifəsində çalışıb.
2010-2013-cü illərdə SİFE (Students İn Free Enterprises) üzrə Bakı Dövlət Universitetinin komandasının rəhbəri olub (Ən yaxşı sosial layihə nominasiyanın qalibi).
2013-cü ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində nazirin köməkçi heyətinin üzvü kimi fəaliyyət göstərib (ictimai əsaslarla). 2016-cı ildə Azərbaycan Respublikasının Prezident Administrasiyasında Birinci Vitse-prezidentinin işlərinin təminatı sektorunda çalışıb (ictimai əsaslarla). 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı kimi çalışıb.
2014-2015-ci illərdə özəl sektorda müxtəlif sahələrdə çalışıb.
2016-cı ilin noyabr ayından ADPU-nun rektorunun köməkçisi vəzifəsinində çalışıb.
2025 ci il iyun 1 dən  Synergia Academy və Tabia groupun Hospitality School-un Direktoru vəzində çalışır.
Azərbaycan Dövlət İqtisad Universiteti MBA Mərkəzi – s.e.ü.f.d., yarımştat müəllim.
Hazırda "Biznesin idarə edilməsi" kafedrasının müəllimidir.
1 Ali təhsil müəssələr üçün dərs vəsaiti, 1 monoqrafiya, 2 proqram, 23 elmi məqalə.
2009-2013-cü illərdə BDU-nun “İlin ən yaxşı tələbəsi” nominasıyasının qalibi olub. 
2 fevral 2018-ci ildə YAP rəhbərliyi tərəfindən partiyanın ictimai–siyasi həyatında fəaliyyətinə görə Fəxri Fərmanla mükafatlandırılıb. 
İctimai-siyasi sahədə uğurlarına görə “The Best of Azerbaycan 2019”un qalibi olub. 
Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində keçirilən milli mükafat yarışmasında “Şəms” Milli Mükafatının laureatı seçilib. 
2021-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illiyi münasibəti ilə həmkarlar ittifaqı hərəkatındakı xidmətlərinə görə ATİAHİ Respublika Komitəsinin qərarı ilə “Yubiley döş nişanı” ilə təltif edilib. 
26 oktyabr 2023 –cü il tarixli əmri ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalı ilə təltif edilib.