Tahirə Kərimova Hüseyn
“Tətbiqi iqtisadiyyat” (rus dilində) kafedrasının baş müəllimi
+(994) 12 564-37-10
+(994) 12 564-67-98
Kərimova Tahirə Hüseyn qızı 23 yanvar 1961-ci ildə Azərbaycan Respublikasının Beyləqan rayonunda anadan olmuşdur.
1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət iqtisad Universiteti) Fərqlənmə diplomu ilə bitirmişdir və təyinatla Bakı şəhər Ticarət idarəsində ixtisası üzrə işləmişdir.
1984-1988-ci illərdə Bakı şəhər Oktyabr (Yasamal) rayonunun Gənclər Komitəsində şöbə müdiri vəzifəsində çalışmışdır.
1988-1995-illərdə Bakı Sovet Ticarəti Texnikumunda (indiki Bakı Ticarət kolleci) metodist-müəllim vəzifəsində işləmişdir.
1997-ci ildə Azərbaycan Xarici Ticarət Birliyində aparıcı mütəxəssis vəzifəsində çalışmışdır.
1998-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasında müəllim, 2001-ci ildən 2017-ilə kimi baş müəllim vəzifəsində çalışıb.
2017-ci ildən UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının baş müəllimidir.
Hazırda “Tətbiqi iqtisadiyyat” (rus dilində) kafedrasının baş müəllimidir.
“Dünya iqtisadiyyatı”, “Beynəlxalq iqtisadi təşkilatlar” dərsliklərinin və Xarici iqtisadi reklam fənni üzrə tədris proqramının həmmüəllifidir.
ELMİ ƏSƏRLƏRİN SİYAHISI
Ailəlidir, iki övladı var.