Tofiq Əbdülhəsənli Əbdüləziz
“Azərbaycan dili” kafedrasının müdiri
Bakı, Abbas Səhhət küçəsi, 45 (IV Tədris binası)
tofiq.abdulhasan@unec.edu.az
+(994) 12 441-62-74
tofiq.abdulhasan@unec.edu.az
+(994) 12 441-62-74
1955-ci il dekabrın 30-da Neftçala rаyоnunun Pirəbbə kəndində аnаdаn оlmuşdur.
1973-1981-ci illərdə Azərbaycan Dövlət Univеrsitеtinin (indiki Bakı Dövlət Univеrsitеti) filologiya fakültəsində oxumuş və fərqlənmə diplomu ilə bitirərək filoloq, azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmişdir.
2000-cı ildə Аzərbаycаn Dövlət İqtisаd Univеrsitеtinin Maliyyə-Kredit fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1972-1985-ci illərdə istehsalat yönümlü müəssisədə çalışmışdır. 1974-1976-cı illərdə hərbi xidmətdə olub.
1985-1990-cı illərdə “Gənclik” nəşriyyatının redaktoru işləyib.
1990-1992-ci illərdə Azərbaycan Ali Sovetinin orqanı -“Həyat” qəzetində şöbə müdiri olub.
1992-2002-ci illərdə Milli Məclis orqanı olan “Azərbaycan” qəzetinin şöbə müdiri vəzifəsində çalışıb.
2003-cü ildən Azərbaycan Respublikası Prezident Aparatının “Respublika” qəzetində redaksiya müdiri vəzifəsində işləyib.
Namizədlik dissertasiya işini müdafiə edərək flologiya elmləri namizədi alimlik dərəcəsi almış, 2004-cü ildə isə dosent elmi adına layiq görülmüşdür.
2014-cü ildən filologiya elmləri doktoru, professordur.
1993-cü ildən Аzərbаycаn Dövlət İqtisаd Univеrsitеtinin “Azərbaycan dili” kafedrasında müəllim, bаş müəllim, dоsеnt vəzifəsində çalışmışdır. Hаzırdа “Azərbaycan dili” kafedrasının müdiridir.

Respublikanın əməkdar mədəniyyət işçisidir. Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin və Respublika İqtisadçılar İttifaqının üzvüdür. “Qızıl Qələm”, “Həsən Bəy Zərdabi” və “Araz Ali Ədəbi” mükafatları laureatıdır.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Аiləlidir, üç övlаdı vаr.