Ülkər  Bayramova Vəli

Ülkər Bayramova Vəli

Dizayn kafedrasının müəllimi

Avesis link
Bakı, Murtuza Muxtarov 194 (III Tədris binası)
+(994)12 492-59-03 (13-22)
1988-ci ildə Bakı şəhərində anadan olub.
2005-2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin modelyer-rəssam ixtisasını bitirib.
2013-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin dizayn tarixi və nəzəriyyəsi ixtisasının magistr dərəcəsini bitirib.
Daha sonra Bakı Xoreoqrafiya Akademiyasında Sənətşunaslıq fəlsəfə doktoru dərəcəsi almaq üçün doktoranturanı bitirib.
Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsinin menecmentlik ixtisasında təhsil alır.
Daha öncə özəl və dövlət müəssisələrində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.
Eyni zamanda 2009-cu ildən bu günədək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur.
Rəssamlar ittifaqının üzvüdür.
Hazırda Dizayn kafedrasının müəllimidir.
Elmi və ictimai fəaliyyətlə də məşğul olan Ülkər Bayramovanın incəsənət sahəsində bir sıra tədqiqatları var.
Ölkəmizdə və xaricdə dərc olunan milli geyim, dizayn tarixi, incəsənətin müxtəlif sahələri ilə bağlı bir sıra məqalələrin tezislərin müəllifidir.
Ailəlidir 1 övladı var.

ELMİ ƏSƏRLƏRİ