Ülkər Neymətova  Vaqif

Ülkər Neymətova Vaqif

“Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimi

Avesis link
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
Neymətova Ülkər Vaqif qızı 21 sentyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1992-ci ildə Bakı şəhər 75 saylı orta məktəbini gümüş medalla bitirmişdir.
1993-cü ildə  Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun Qeyri-ərzaq  mallarının əmtəəşünaslığı fakültəsinə daxil olmuşdur.
1997-ci ildə institutun bakalavr təhsil pilləsini bitirərək, həmin fakültənin magistratura şöbəsinə  daxil olmuşdur.
1999-cu ildə həmin institutun magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
Bakı-Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Qeyri-ərzaq malları əmtəşünaslıgı” kafedrasında  baş laborant kimi işə başlamışdır.
2000-ci ildən saathesabı dərs aparmışdır. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Qeyri-ərzaq malları əmtəəşünaslıgı” kafedrasının assistenti olmuşdur.
2003-cü ildən isə baş müəllim vəzifəsində çalışıb.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimi vəzifəsində çalışır.
33 (2 dərslik, 1 dərs vəsaiti, 2 metodik göstəriş, 3 proqram, 4 məqalə, 21 tezis) elmi əsərin müəllifidir.
2015-ci ildən  AMEA-nin  dissertantıdır. Dissertasiya işinin mövzusu “Bərk halda olan qeyri-ərzaq tullantılarının təbiətdə biokonvensiyası”na həsr olunmuşdur.
Ailəlidir, bir övladı var.