Vahid   Ağayev  Qurban

Vahid Ağayev Qurban

"İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti

Avesis link
Bakı, Həsən Əliyev küçəsi, 135 ( II Tədris binası)
492-59-03 (12 18)
Ağayev Vahid Qurban oğlu 2 fevral 1947-ci ildə Kürdəmir rayonunun Atakişili kəndində qulluqçu ailəsində anadan olmuşdur.
1965-1970-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetenin (indiki Bakı Dövlət Universiteti) Geoloji coğrafiya fakültəsində təhsil almışdır.
1972-1974-cü illirdə Azərbaycan Komsomol Gənclər İttifaqının Kürdəmir rayon komitəsinin katibi vəzifəsində çalışmışdır.
1974-1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat institutunda kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır.
1981-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi adına layiq görülmüşdür.
1989-1995-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında;
1995-2001-ci illərdə Bakı Əmtəəşunaslıq-Kommersiya institutunda dosent vəzifəsində işləmişdir.
2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində «Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı» kafedrasında dosentidir.
Hazırda “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosentidir.
Ailəlidir.