Xanhüseyn Kazımlı
Bakı, H.Əliyev küçısi, 135 (UNEC II Tədris korpusu)
492-59-03 (12 18)
x.kazimli@unec.edu.az
Kazımlı Xanhüseyn Hüseynağa oğlu 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olub.
1967-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirib, təyinatla institutda saxlanılıb.
1971-ci ildə iqtisad elmləri namizədi, 1989-cu ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb.

Müxtəlif illərdə Azərbaycan Dövlət İqtisad Universitetində komsomol və həmkarlar komitələrinin sədri, kafedra müdiri, prorektor vəzifələrində çalışıb.
27 iyun 1994 – 12 mart 1998-ci illərdə Respublika Baş Qiymətlər İdarəsinin rəisi;
12 mart 1998 – 30 may 1999-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri vəzifələrində işləyib.
Birinci, ikinci və üçüncü çağırış AR Milli Məclisinin deputatı seçilib. Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədridir.
1998-ci ildən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) fəxri sədri; 2002-ci ildən Müstəqil Dövlətlər Birliyi Qiymətləndiricilər Assosiasiyası Mərkəzi Şurasının üzvüdür. 2003-2005-ci illərdə həmin beynəlxalq təşkilata rəhbərlik edib.
2008-2018-ci illərdə İqtisad Universitetinin «Qiymət və qiymətləndirmə» kafedrasının müdiri vəzifəsində çalışıb.
Elmi-metodiki və Müdafiə Şuralarının üzvüdür.
Hazırda “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının məsləhətçi-professorudur.

«Əmlak və iqtisadiyyat» jurnalının baş redaktorudur.
23 dərslik və dərs vəsaiti, monoqrafiyaların, 350-dən artıq məqalənin müəllifidir.

12 iyun 2002-ci ildə elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətindəki uğurlarına görə Şöhrət ordeni ilə təltif edilib. Təhsildə, elmi yaradıcılıqda və Azərbaycanın ictimai-siyasi həyatındakı səmərəli fəaliyyətinə görə «Hacı Zeynalabdin Tağıyev» və «Qızıl Qələm» media mükafatı laureatı diplomlarına layiq görülmüşdür.