Yeganə Ağamalıyeva

Yeganə Ağamalıyeva

Avesis link

Bakı, M.Muxtarov, 194 (III korpus)
+(994)12 492-59-03 (13-22)

agamaliyeva_yegana@unec.edu.az

1976-ci ildə Bakı şəhərində anadan olub.
1983-1993-cü illərdə Bakı şəhəri, Xətai rayonu 95 saylı orta məktəbdə təhsil almışdır.
1993-1997-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universiteti, “Memarlıq” ixtisası üzrə Bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
1997-1999-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri Universiteti, “Memarlıq” istiqaməti, “Memarlıq-Şəhərsalma” ixtisası üzrə Magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2000-2004-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universiteti, qiyabi Aspirantura söbəsində təhsil almışdır. 19 dekabr 2005-ci il tarixində 6401.01 – “Memarlıq nəzəriyyəsi və tarixi, memarlıq abidələrinin bərpası və rekonstruksiyası” ixtisası üzrə “Azərbaycan şəhərlərində tarixi abidələrin qorunma problemləri (Naxçıvan, Gəncə, Şəki, Ordubad və Şuşa şəhərlərinin timsalında)” mövzusunda memarlıq namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
Azərbaycan Respublikasının Prezidenti Yanında AAK-nın 28 noyabr 2006-ci il tarixli (protokol № 33-k) qərarı ilə ona memarlıq namizədi alimlik dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Prezidenti Yanında AAK-nın 2 sentyabr 2019-cu il tarixli (protokol № 16-k) qərarı ilə Dizayn kafedrası üzrə dosent elmi adı verilmişdir.

1999-2001-ci illərdə Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Dizayn” kafedrasında saat hesabı yolu ilə dərs aparmaqla baş laborant vəzifəsində çalışmışdır. 2001-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universiteti, “Dizayn” kafedrasında asistent, 2013-2017-ci illərdə baş müəllim vəzifəsində pedaqoji fəaliyyətini davam etdirmişdir.
2017-ci ildən hal-hazıradək Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), “Dizayn” kafedrasında dosent vəzifəsində çalışır.

90-dan çox elmi əsərin (o cümlədən, SCOPUS bazasına daxil olan Q1 və Q2 kateqoriyalı jurnallarda dərc edilən elmi məqalələr, dərslik, dərs vəsaiti, fənn proqramlarının və s.) müəllifidir.

Tədqiqat sahələri

Dizayn (sahələr üzrə)
Moda industriyası
Memarlıq və şəhərsalma
İnteryer dizaynı
Dizaynın müasir problemləri
Təsviri incəsənət və kompozisiyanın əsasları 

“Jomard Publishing” nəşriyyatının SCOPUS bazasına daxil olan Q1 indexli “New Design Ideas” jurnalının redaksiya heyətinin üzvüdür.


ELMİ ƏSƏRLƏRİN SİYAHISI

AKADEMİK PROFİLLƏR 

SCOPUS https://www.scopus.com/authid/detail.uri?authorId=58243376300
GOOGLE SCHOLAR https://scholar.google.com/citations?user=avvSwg4AAAAJ&hl=en&citsig=AMD79opH92a5RluKR8PMpHth2ESNRS3d_w
RESEARCH GATE https://www.researchgate.net/profile/Yegana-Agamaliyeva
ORCID https://orcid.org/my-orcid?orcid=0000-0002-9461-0904
PUBLONS https://publons.com/researcher/5089943/yegana-agamaliyeva/
AVESİS- https://avesis.unec.edu.az/agamaliyeva_yegana

26 noyabr 2020-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən UNEC-in 90 illik yubileyi münasibətilə və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərinə görə “Fəxri Fərmanla” təltif olunmuşdur.
2021-ci ildə “Qrafik dizayn proqramları”na dair kurs keçərək, “yüksək səviyyə” sertifikatını, 2022-ci ildə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən təşkil olunmuş “Soft skills” (Time Management, Teamwork, Communication, Problem Solving) proqramı üzrə nailiyyət sertifikatı almışdır.

Ailəlıdir, iki övladı var.