Yusif Fərzəliyev Zeyni
“Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti
+(994) 12 492-59-03 (daxili: 13-25)
yusif.farzaliyev@unec.edu az
19 dekabr 1958-cı il tarixində Beylaqan (keçmiş Jdanov) rayonunun Şəfəq qəsəbəsində ziyalı ailəsində anadan olub.
1976-cı ildə Beylaqan şəhər 1 saylı tam orta məktəbini fərqlənmə ilə bitirmişdir.
1977-79-cu illərdə SSRİ Hərbi Hava Qüvvələri nəzdində fəaliyyət göstərən və SSRİ Kosmonavtlar hazırlayan Ulduz Şəhərciyinə daha çox kosmonavt göndərən (Leonov – açıq kosmos və başqaları 50-yə yaxın) iki dəfə Sovet İttifaqı qəhrəmanı S.İ. Qritsevets adına Xarkov Ali Hərbi Təyyarəçiləri Məktəbində təhsil almışdır.
Sonradan səhhəti ilə bağlı həmin Məktəbdən Xüsusi Məktubla tərxis edilmişdir.
1980-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin Sərəncamı ilə Akademik Arayışı əsasında imtahansız olaraq Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tətbiqi riyaziyyat fakültəsinin birinci kursuna keçirilmişdir və 1985-ci ildə həmin universiteti riyaziyyatçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
Hazırda “Rəqəmsal texnologiyalar və tətbiqi informatika”, "Humanitar fənlər" kafedrasının dosentidir.
ELMİ ƏSƏRLƏRİ
2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona dosent elmi adı verilmişdir.2024-cü ildə 3341.01 şifrli “Elektrik stansiyaları (elektrik hissəsi) və elektroenergetika sistemləri” üxtisası üzrə “ENERJİSİSTEMİN ENERJİ AVADANLIQLARININ İSTİSMAR ETİBARLI-LIĞININ AVTOMATLAŞDIRILMIŞ İDARƏ EDİLMƏSİ” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.04 Dissertasiya Şurasının Elmi Seminarının üzvüdür.
Ailəlidir iki övladı var.