Zakir Məmmədəliyev Qurban

Zakir Məmmədəliyev Qurban

"Humanitar fənlər" kafedrasının professoru

Avesis link
Bakı, Həsən Əliyev küçəsi, 135 (II Tədris binası)
z.mammadaliyev@unec.edu.az
492 59 03 (12-44) (12-45)
23 dekabr 1957-ci ildə Qərbi Azərbaycanda Göyçə mahalının (Krasnoselo rayonu) Toxluca kəndində anadan olmuşdur.
1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmişdir.
1979–1988-ci illərdə Toxluca kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir.
1981–1986-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olmuş, 1987-ci ildə nisbilik nəzəriyyəsi və kvant nəzəriyyələrinin fəlsəfi problemlərinə həsr olunmuş dissertasiya müdafiə edərək, fəlsəfə elmləri namizədi elmi dərəcəsi almışdır.

1989-cu ildə Azərbaycan Dövət İqtisad Universitetinin “Fəlsəfə” kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır.
2007-ci ildən 2017-cı ilədək həmin kafedranın müdiri vəzifəsində çalışmışdır.
2004-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə etmişdir.
2010-cu ildə “Fəlsəfə” kafedrasının professoru seçilmişdir. Hal-hazırda həmin Universitetin “Humanitar fənlər” kafedrasının professorudur.

Mədəniyyət fəlsəfəsi və elm fəlsəfəsi problemləri ilə məşğul olur.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Həmkarlar ittifaqında xidmətlərinə görə” medalı ilə təltif edilmişdir (28.09.2020-ci il)
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilmişdir.
Türk26.02.2024 Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Altın Yıldız” medalı ilə təltif edilmişdir (26.02.2024-cü il).
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir (08.07.2025-ci il).
XIX, XXI, XXIII Ümumdünya Fəlsəfə Kongreslərinin və IV Rusiya Fəlsəfə Kongresinin iştirakçısı olmuşdur.
2007–2022-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Fəlsəfə, Sosoilogiya, Psixologoya və Siyasi elmlər  üzrə ekspert şurasının üzvü olmuşdur.
Ailəlidir, iki övladı var.