Səfər Rzayev Əmin
Zaqatala filialında bölmə rəhbəri
sefer.raziyev@mail.ru
1965-1975-ci illərdə Qax rayonu 1 nömrəli tam orta mətəbi bitirmişdir.
1975-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunub, 1980-cı ildə fizik, fizika müəllimi ixtisası üzrə bitirmişdir.
1982-ci ildə təyinatla göndərildiyi Azərbaycan Elmi-Tətqiqat Əkinçilik İnsititutunda aspiranturanın qiyabi şöbəsinə qəbul olunmuşdur. 1988-ci ildə Moskva Dövlət Univeristetində dissertasiya müdafiə edərək biologiya elmləri namizədi (biofizika) elmi dərəcəsini almışdır. 2004-cü ildə dosent elmi adına layiq görülmüşdür.
1980-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunda işə təyin olunub.
1989-cu ildən müxtəlif orta və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Müəllim, direktor müavini və direktor vəzifələrində çalışıb.
2001–2005-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının direktoru olmuşdur.
Hazırda UNEC-in Zaqatala filialında Texniko-texnoloji şöbəsinin müdiri vəzifəsində çalışır.
60-dan çox elmi, tədris və metodik işlərin müəllifidir, o cümlədən 5 tədris-metodik vəsait.