Səfər  Rzayev Əmin

Səfər Rzayev Əmin

Zaqatala filialında bölmə rəhbəri

Avesis link

sefer.raziyev@mail.ru

Təvəllüd: 15.11.1957-ci il, Qax-Muğal kəndi, Qax rayonu 

1965-1975-ci illərdə Qax rayonu 1 nömrəli tam orta mətəbi bitirmişdir.

1975-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunub, 1980-cı ildə fizik, fizika müəllimi ixtisası üzrə bitirmişdir.

1982-ci ildə təyinatla göndərildiyi Azərbaycan Elmi-Tətqiqat Əkinçilik İnsititutunda aspiranturanın qiyabi şöbəsinə qəbul olunmuşdur. 1988-ci ildə Moskva Dövlət Univeristetində dissertasiya müdafiə edərək biologiya elmləri namizədi (biofizika) elmi dərəcəsini almışdır.  2004-cü ildə dosent elmi adına layiq görülmüşdür.

1980-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunda işə təyin olunub.
1989-cu ildən müxtəlif orta və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Müəllim, direktor müavini və direktor vəzifələrində çalışıb.
2001–2005-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının direktoru olmuşdur.
Hazırda UNEC-in Zaqatala filialında Texniko-texnoloji şöbəsinin müdiri vəzifəsində çalışır.

60-dan çox elmi, tədris və metodik işlərin müəllifidir, o cümlədən 5 tədris-metodik vəsait.

2008-ci ildə keçirilmiş “İlin ən yaxşı müəllimi” müsaqibəsinin qalibi olmuşdur. 2008, 2010, 2012-ci illərdə rayonun ictimai, siyasi həyatında fəal iştirakına və gənc nəslin təlim-tərbiyəsində xidmətlərinə görə Zaqatala Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edilmişdir.
Evlidir, iki övladı var.