Bulud  Sаdıqоv  Cahangir

Bulud Sаdıqоv Cahangir

"İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti

Avesis link
Bakı, Həsən Əliyev, 135 (II Tədris binası)
492-59-03 (12 -18)
1962-ci il iyulun 1-də Gürcüstan Respublikasının Bolnisi rayonunun Saraclı kəndində anadan olmuşdur.
1979-cu ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsinə daxil olmuşdur.
1983-cü ildə həmin fakültəsinin Kənd təsərrüfatı müəssisələrində mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
1989-cu ildə Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyatı və Təşkili İnstitutunun aspiranturasına daxil olmuşdur.
1992-ci ildə «Kənd Təsərrüfatı müəssisələrinin iqtisadi səmərəliliyinin yüksəldilməsi məsələləri» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
1996-cı ildən «Qiymət» kafedrasının əməkdaşıdır.
2004-cü ildən «Qiymət və qiymətləndirmə» kafedrasının dosenti, 2018-ci ildən isə “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının dosenti işləyib.
Hazırda “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosentidir.

6 oktyabr 2017-ci ildə uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə UNEC-in “Fəxri Fərmanı” ilə təltif edilib.

Ailəlidir, iki övladı var.