Emiliya Qasımova Vəli

Emiliya Qasımova Vəli

“Xarici dillərin tədrisi mərkəzi” nin dosenti

Avesis link
Bakı şəhəri, İstiqlaliyyət 6 ( I Tədris binası)
Telefon: +(994) 12 564 26 74
Qasımova Emiliya Vəli qızı 30 noyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1998-2002 - Bakalavr - Azərbaycan Xarici Dillər İnstitutunu bitirmişdir.
2003-2005- Magistratura-Azərbaycan dillər universiteti fərqlənmə diplomu ilə bitirmişdir
2008 - Nəsimi adına dilçilik institutunun disertantı olmuşdur.
Elmi dərəcəsi: Filologiya üzrə Fəlsəfə Doktoru
Elmi ad: Dosent
2005-2008-ci illərdə Bakı şəhəri Nərimanov rayonu G. Əsgərova adına 200 saylı orta məktəbdə inglis dili müəllimi vəzifəsində işləmişdir.
2005-2007-ci illərdə BDU-da saat hesabı inglis dili müəllimi vəzifəsində işləmişdir.
2008-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində “Xarici dillər -1” kafedrasında inglis dili müəllimi vəzifəsində işləməyə başlayıb.
2008-ci ildən AMEA-nın dilçilik institutunun dissertantı olub, filologiya üzrə fəlsəfə  doktorudur.
UNEC-in “Xarici dillərin tədrisi mərkəzi” kafedrasının baş müəllimi olub.
20.04.2022-ci il tarixdən həmin kafedranın dosenti vəzifəsinə keçirilib.

27 elmi məqalənin, iki kitabin müəllifidir .Beynəlxalq və respublika səviyyəli elmi-praktik konfranslarda daim fəal iştirak edir. Web of science jurnalında “How to read quickly and effectively “mövzusunda məqaləsi çıxıb.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

Fəal müəllim Beynəlxalq təcrübənin müasir tətbiqləri seminarında,Tələbə nailiyyətlərinin artırılması yönümlü müasir tədris metodları mövzusunda, Bakı Slavyan Universitetinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemlemləri” ll Beynəlxalq elmi konfransda, Speaking barriers webinarında, Paris –Sorbone Univerisitetinin “İnteractive Education in University System” training və s. seminarlarında iştirak etmişdir.

2023 cü il 22-26 Oktyabr tarixlərində Fransanın Paris şəhərində SUBJECT İMPORTANCE OF NEW ECONOMIC TERMS IN AZERBAIJANI AND ENGLISH mövzusunda beynəlxalq konfransda iştirak etmşdir.
2023-cü il 8-10 Noyabr tarixlərində Türkiyənin Rizə şəhərində 5th İNTERNATİONAL ACTİVİTİES TO STRENGTHEN STUDENTS PRACTİCAL SPEAKİNG SKİLLS .
2023 –cü il 2iyun tarixində İGEDER (İstanbul Gönüllü Eğitimçilər Derneği )tərəfindən təşkil edilmiş Ünsiyyət Mühiti və Effektiv Tədrs təlimində iştirak etmişdir.
2024 cü il 19-21 Yanvar tarixlərində İspaniyanın Valensiya şəhərində HOW BEST OVERCOME SPEAKING DIFFICULTIES mövzusunda beynəlxalq konfransda iştirak etmişdir.

Ailəlidir.