Nailə  Yusifova  Yusif

Nailə Yusifova Yusif

"Azərbaycan dili" kafedrasının dosenti

Avesis link
Bakı, Abbas Səhhət küçəsi, 45 (IV Tədris binası)
+(994) 12 441-62-74
naila_yusifova@unec.edu.az 
31 iyul 1964-cü ildə Bakı şəhərində anadan olub.
1981-1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsində təhsil alıb.
1990-1992-ci illərdə M.F.Axundov adına  Rus dili və  Ədəbiyyatı  İnstitutunda (BSU) saathesabı  müəllim kimi ali  pedaqoji fəliyyətə başlayıb.
1993-cü ildən  Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan dili” kafedrasında” müəllim, 2007-ci ildən baş müəllim vəzifəsində çalışıb.
2016-cı ildə  “Azərbaycan toponimlərinin linqvistik təhlili” mövzusunda dissertasiya işini müdafiə edərək, filologiya üzrə  fəlsəfə  doktoru  elmi dərəcəsi  alıb.

Azərbaycan dilçiliyinin aktual məsələlərinə  həsr  edilmiş ölkədaxili və xaricdə  elmi  tezis və  məqalələri dərc  olunub  (5 tezis, 62 məqalə), 1 monoqrafiya, 1  dərs  vəsaitinin (çapdadır), 2  (“Qəlbin pıçıltısı”,” Misralar”) şeir  kitabının  müəllifidir.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

2020-ci ildə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətləri nəzərə alınaraq, UNEC-in 90 illik yubileyi münasibətilə Fəxri Fərmanla mükafatlandırılıb.

Beynəlxalq  konfranslarda  (Türkiyə, Rusiya, Stokholm, Tokio, Macarıstan, ABŞ və s.) elmi məruzələrlə çıxış edib.