Südabə Salihova  Qismət

Südabə Salihova Qismət

"İqtisadiyyat və işlətmə" kafedrasının dosenti

Avesis link
Bakı, Həsən Əliyev küçəsi, 135 (IV Tədris binası)
+(994) 12 440-89-37
sudabe74@gmail.com 
17 avqust 1974-cü ildə anadan olmuşdur.
Bakalavr-Riyaziyyat,  Osmangazi Universiteti, Eskişehir, Türkiyə, 1997
Magistratura-Tətbiqi Riyaziyyat,  Osmangazi Universiteti, Eskişehir, Türkiyə, 2001
Doktorantura-Qeyri-Evklid Həndəsə,  Osmangazi Universiteti, Eskişehir, Türkiyə, 2006
1993-1997-ci illərdə Türkiyə Respublikası Osmangazi Universteti Təbiət Elmləri və Ədəbiyyat Fakultəsində Riyaziyyat  ixtisası üzrə bakalavr təhsili almışdır.
1995-1997 ci illərdə bakalavr təhsili ilə yanaşı, Osmangazi Universteti Təhsil Fakultəsində pedagoji təhsil almışdır.
1998-2001-ci illərdə Osmangazi Universteti Təbiət Elmləri İnstitutunda tətbiqi riyaziyyat ixtisası üzrə magistr təhsili almışdır.
2001-cı ildə həmin İnstitutda doktorantura təhsilinə başlamış və 2006-ci ildə “Maksimum metrikasının həndəsəyə tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək doktorluq dərəcəsi (PhD) almışdır.
Türkiyədə aldığı doktorluq dərəcəsi 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifi­kasiya edilmiş və riyaziyyat üzrə fəlsəfə doktoru elmi adı verilmişdir.
1997-1998-Temel Eğitim Dersanesi, Müəllim, Türkiyə
1998-2002-Türkiyə Adım Dersanesi, Müəllim, Türkiyə
2002-2006-Galaxsi Eğitim Kurumları, Müəllim, Türkiyə
2007-2012-Azərbaycan Dövlət İqtisad Universiteti, Türk Dünyası İktisad Fakultəsi, Müəllim
2012-2016- Azərbaycan Dövlət İqtisad Universiteti, Türk Dünyası İktisad Fakultəsi, Baş Müəllim
2016-Azərbaycan Dövlət İqtisad Universiteti, Türk Dünyası İktisad Fakultəsi, Dosent
Hazırda İqtisadiyyat və İşlətmə kafedrasının dosentidir.
Birgə müəllifliklə “Xətti Cəbir və Riyazi Analiz” dərsiliyi çap edilmişdir. 20 dən çox elmi məqaləsi vardır.

ELMİ ƏSƏRLƏR

2023-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif edilmişdir.